Sanksiyalar rus banklarını çökdürdü

2 Sentyabr 2014 18:31 (UTC+04:00)

Rusiya bankları 2014-cü ilin birinci yarısına olan maliyyə hesabatlarını təqdim ediblər. Ölkənin nəhəng maliyyə qurumlarının son 3-4 ay ərzində üzləşdikləri itkilər 1-5 milyard rubl təşkil edir. Movqe.az xəbər verir ki, ekspertlər Avropa Birliyinin bu həftə tətbiq edəcəyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını bildiriblər. "Russkiy standart" bankının itkisi 4.7 milyard təşkil edib. Bu da əvvəlki illərə olan göstəricilərdən 7 dəfə - 690 milyon rubl çoxdur. Bu bank istehlak kreditləri bazarının liderlərindən biridir. Ümumilikdə isə onun kredit verilməsinə qadağa qoyulub.

Bundan başqa "XKF-bank"ın xalis itkiləri 4 milyard, "Vostoçnıy ekspress"in 3.44 milyard, "OTP-bank"ın isə 1 milyard rubl təşkil edir. Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra artıq Rusiyada iqtisadi artım tempi dayanıb, ÜDM isə sıfır dərəcəsindədir.