"Uzun həyatın sirrini açıqladı: Evlənməmək"

2 Sentyabr 2014 19:36 (UTC+04:00)

Dünyanın ən yaşlı insanlarından 127 yaşındakı Meksikalı Leandra Becerra Lumbreras uzun yaşamağın sirrini açıqlayıb: Əsla evlənməmək. Lakin yaşlı qadının hazırda 55 nəvəsi var. 

31 avqust 1887-ci il tarixində doğulan Leandra Lumbreras ötən günlərdə 127 yaşına keçib. Meksikalı qadın, Birinci Dünya Müharibəsində 27, İngiltərə Kraliçası İkinci Elizabet taxta çıxanda 66, insanoğlu Aya ilk ayaq basanda isə 82 yaşında idi. 


Movqe.Az xəbər verir ki, dünyanın ən yaşlı qadını uzun həyatın sirrini yaxşı qidalanmaq, saatlarla yuxu və əsla evlənməməyə bağlayıb. 


Əvvəldən dərzilik edərək dolanışığını təmin edən 127 yaşındakı Leandra  Lumbreras evlənməyib, lakin 5 uşaq dünyaya gətirib. 20 nəvəsi olan Meksikalı yaşlı qadının 55 nəvəsinin nəvəsi var. 


Lumbreras 40 il əvvəl daşınarkən doğum sənədini itirdiyi üçün dünyanın ən yaşlı qadını ünvanına sahib ola bilmir. Bu səbəblə Lumbrerasdan 12 yaş kiçik Yaponiyalı  Misao Okawa, Guinness Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı qadını olaraq göstərilir.