"22 yaşlı cavanımı verdim qara torpağa..." - Tanınmış aparıcı
2 Sentyabr 2014 18:53 (UTC+04:00)
"Heç sevmirəm bu günü, bu tarixi. 22 yaşlı cavanımı verdim qara
torpağa... Onunla bağlı arzularımı da gömdüm məzara. Yol gedəndə
boyunu sevdiyimi, gəzəndə yerişini sevdiyimi. Düz 17 il ötdü
sənsizliyimdən. Və bir il daha yaxınlaşdıq, sənə qovuşmağa. Məkanın
cənnət olsun!".
Bu sözləri aparıcı Arzu Ümid cavan yaşda itirdiyi qardaşı
haqqında yazıb. Mövqe.az xəbər verir ki, aparıcının 22 yaşında
itirdiyi qardaşının ölümündən bu gün 17 il keçir.
Allah rəhmət eləsin !