İnternet vasitəsilə yeni videomüşahidə sistemi

3 Sentyabr 2014 09:27 (UTC+04:00)

İnternet şəbəkəsindən istifadə edən müasir texnologiyalar insana öz işini yerinə yetirməkdə böyük imkanlar yarada bilər. Bunlardan biri internet vasitəsilə onlayn videomüşahidə sistemidir. Mərkəzi konsola qoşulmuş bir və ya bir neçə kameradan ibarət olan rəqəmli sistem sizə təkcə internet şəbəkəsinə qoşulmuş kompüterlə yox, həmçinin smartfonla da obyekti müşahidə etməyə imkan verir.

Quraşdırma və istismar baxımından kifayət qədər sadə olan onlayn videomüşahidədən çox yerlərdə istifadə etmək olar. Məsələn, siz sistemi evdə quraşdıra və öz uşaqlarınıza nəzarət edə bilərsiniz.

Əgər sizin daim yaşamadığınız bağ eviniz varsa, internet vasitəsilə onlayn videomüşahidə oraya oğrunun daxil olacağı ilə bağlı narahat olmamağa imkan verəcək. Bunun üçün kompüteri işə salmaq, videomüşahidə sisteminə qoşulmaq və kameralar vasitəsilə təsvirə baxmaq kifayətdir.

Bu zaman, əgər oğrular bu cür sistemin quraşdırıldığı obyektə daxil olubsa, onların tapılma ehtimalını xeyli artıran videoyazının olması kifayətdir.

Onlayn vasitəsilə videomüşahidə aşağıdakı qaydada işləyir. Mərkəzi konsola (konkret model sistemindən asılı olaraq) bir neçə videokamera qoşulur. Mərkəzi konsol vasitəsilə iş rejimlərinin tənzimlənməsi yerinə yetirilir və internet şəbəkəsi vasitəsilə təsvirlərin monitor və televizorlara çıxışı təmin edilir. Bu cür videomüşahidə sistemlərinin bir sıra modelləri mühafizə funksiyalarını da yerinə yetirə bilir, bunun üçün onlar hərəkət ötürücülərinin qoşulma imkanına və oğrunun əraziyə girməsi ehtimalı barədə obyektin sahibinə xəbərdarlıq etmək funksiyasının yerinə yetirilməsinə nəzərət etməlidir.

Onlayn videomüşahidə sistemi təkcə şəxsi obyektlərə nəzarət etmək üçün nəzərdə tutulmur, həmçinin ofis təhlükəsizlik sisteminin bir hissəsidir. Avadanlığın dəyəri əlçatandır və istənilən halda, məsələn, sizin əmlakınızın qarət olunduğu təqdirdə dəyəcək ziyandan çox az məsrəf tələb edir.