Leyla Əliyeva: “Mən səni görmək üçün yuxu nədir – tapmıram...”
3 Sentyabr 2014 11:30 (UTC+04:00)
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan
prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim
edib:
"Ömür" adlı şeiri oxucuların ixtiyarına
veririk.
(Жизнь)
Bax, ömrüm ötüb keçir,
Velosiped belində.
Dayan, məni də gözlə -
Ömrüm-günüm, axı mən
Cavabdehəm tək sənə?!.
Dayan, bir əyləci bas,
De, hara şütüyürsən?
Külək, ona sinə gər,
Bəlkə yavaşıdasan...
Bax, ömrüm ötüb keçir
Gödəkçədə, çəkmədə...
Sanki bir qəhrəmandır –
Rəssamın ağ lövhədə
qara rənglə çəkdiyi
o gözəlim əsərdə...
Ömrüm, dayan, bəri bax,
Ani olsa da belə...
Gündoğandan əriyən,
VAXTı əbədi elə...
Qürub çağını uzat
Uzat, sonsuza qədər.
Həyatım, məni gözlə
Ömrüm ötməsin hədər...
Yuxularda gəlirsən –
Mən səni görmək üçün.
Yuxu nədi – tapmıram...
qucub xəyallarını
gözü açıq qalıram...
Həyatım, səninləyəm,
Tək-tənha olanda da.
O sirli, o atəşli
iti baxışlarınla
məni ovudanda da...
Sən... təbiət kimisən –
hər fəslin yerindədir...
sirdaşlıq örnəyisən,
gözəllik... qəlbindədir..!