İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi - VİDEO

3 Sentyabr 2014 12:40 (UTC+04:00)

 Movqe.az APA-ya istinadən xəbər verir ki, "İslam Dövləti" terror qruplaşması internet resurslarında ABŞ-ın "Time" nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarx yayıb.

Videogörüntüdə terrorçular həmçinin əllərində olan digər əcnəbi girovu da edam edəcəkləri ilə hədələyiblər. Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Heyns olacağı bildirilir.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Amerika hökumətinin bu videonun həqiqi və ya saxta olmasını müəyyən etmək üçün zamana ehtiyacı var. Əldə olan material təmkinlə araşdırılacaq.

Qeyd edək ki, İŞİD bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam edib.