Bu evdə tam min tarantula yaşayır - VİDEO

13 İyul 2012 12:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində yaşayan Norbert Knarr anası ilə birlikdə yaşadığı iki otaqlı evdə təxminən min hörümçək bəsləyir: "1990-cı ildə bit bazarında biriylə tanış oldum, evində tarantula vardı. Çox təsirləndim, o zamandan bəri hörümçəklərim var" deyən 57 yaşlı Knarr, "İlk hörümçəyimi həmin il satın aldım. İndi təxminən min hörümçəyim var. Şəhərin hər hansı bir yerində ekzotik bir hörümçək olsa, polis dərhal məni axtarır. Çünki zooparklar hər heyvanı götürmür. Mənim evim tarantulalara yurd oldu" deyə danışıb.