Terrorçular hərbi aerodromu ələ keçirdi (VİDEO)

3 Sentyabr 2014 13:38 (UTC+04:00)

Suriya ordusu isə ciddi itkilər verib.Terror təşkilatı Suriyanın Daaş vilayətində hərbi aerodromu işğal edib.

Movqe.az saytı publika.az-a istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı aylardır ki, Yaxın Şərqdə qətliamlara davam edir. İraq və Suriyada bir çox bölgəni ələ keçirərək xalqa divan tutur. Ələ keçirdiyi bölgələrdə şəriət dövləti elan edən terror təşkilatı işğallarına davam edir.

Belə ərazilərdən biri də Suriyanın Daaş vilayətində yerləşən hərbi aerodromdur. Suriya ordusu ilə aralarında baş verən toqquşma nəticəsində yaraqlılar Daaş hərbi aerodromunu ələ keçiriblər. Suriya ordusu isə ciddi itkilər verib.