Nazir vətəndaşlarla görüşəcək

3 Sentyabr 2014 14:17 (UTC+04:00)
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sentyabrın 11-də saat 10:00-da Ağstafa şəhərində vətəndaşları qəbul edəcək. 


Movqe.az Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən xəbər verir ki, nazir Ağstafa şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti – 7) Ağstafa, Qazax və Tovuz rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Qazax şəhəri, H.Z. Tağıyev - 78, əlaqə telefonları: 055 807 27 71; 050 330 95 49; 055 373 84 20; 022 29 539 84 ) xahiş olunur.