Borcu olan müəllim intihar etdi

3 Sentyabr 2014 14:18 (UTC+04:00)
Bərdə rayonunda müəllim intihar edib. 


"Qafqazinfo" xəbər verir ki, uzun illərdir  Bərdədə yerləşən Laçın rayonu  Ağanus kənd orta məktəbində müəlllim işləyən Eldar Əliyev Xəqani kücəsində yerləşən evinin həyətində özünün asıb. Özünü  asan təhsil işcisinin küllü miqdarda borcu olduğu bildirilir. 

Rayon sakinlərinin verdiyi məlumata görə, onun N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqcu işləyən oğlu  Ceyhun Əliyev bir neçə bankdan böyük məbləğdə kredit götürüb. Övladının borclarını verə bilməyən ata çıxış yolunu intihar etməkdə görüb.