Rusiya ilə Ukrana atəşkəs razılaşması əldə etdilər
3 Sentyabr 2014 15:00 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin və
Ukrayna prezidenti Pyotr
Poroşenko Donbassda daimi atəşkəs barədə razılıq əldə
ediblər.
Movqe.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu gün baş
tutan telefon söhbətində onlar qan tökülməsinin qarşısını almaq
barədə yekdil fikrə gəliblər.
Rusiya Federasiyası prezidentinin mətbuat
katibi Dmitri Peskov deyib ki, yaranmış
ağır vəziyyətdən çıxış üçün hər iki prezidentin mövqeyi üst-üstə
düşür.