Nazirlik onları “qara siyahı”ya saldı - SİYAHI

3 Sentyabr 2014 16:45 (UTC+04:00)

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin "qara siyahı"sını açıqlayıb. Movqe.az xəbər verir ki, qeyd olunan "qara siyahı"ya 10 fiziki və hüquqi şəxs daxil edilib. Nazirliyin qara siyahısına Gəncə şəhərində qeydiyyata alınan fiziki şəxslər Qurbanov Qədir Məmməd oğlu, Qocayeva Şərqiyyə Mustafa qızı və Şirinov Rəşad Behbud oğlu, Gəncə Azərbaycan-Türkiyə Özəl Litseyi , "Jardin Royal" MMC, "Əsgəroğlu" MMC və "Turanfarm" MMC daxil edilib. Vergilər Nazirliyindən o da bildirilib ki, "qara siyahı"da Daşkəsən rayonunda qeydiyyata alınan Sadıqov Ələddin Əli oğlu, Goranboy rayonundan qeydiyyata alınan Məmmədov Rakif Danyel oğlu və Göygöl rayonunda hüquqi şəxs kimi fəaliyyət göstərən "Dostluq" MMC-nin adı da öz əksini tapıb.