30 il əbəs yerə həbsdə yatdılar

3 Sentyabr 2014 17:28 (UTC+04:00)

ABŞ-da cinayət və təcavüzdə təqsirləndirilən iki nəfər həbsdə keçirdikləri 30 ildən sonra DNT testiylə təqsirsiz olduqları aydın olduqdan sonra azadlığa buraxılıb.  BBC-in xəbərinə görə, qismən zehni problemi olan iki ögey qardaş 50 yaşlı Henri MakKollum və 46 yaşlıLeon Braun 1984-ci ildə, Şimali Karolinada 11 yaşındakı bir qıza təcavüz edərək öldürməkdən həbs edilmişdi.


Movqe.Az xəbər verir ki, iki ögey qardaşın hadisəylə bağlı heç bir fiziki sübut apılmamasına və qardaşların günahsız olduqlarını müdafiə etməsinə baxmayaraq, o tarixdə 19 yaşında olan MakKollum ölüm cəzasına, 15 yaşındakı Braun isə ömürlük həbsə məhkum edilmişdi. 


Lakin ötən aylarda 11 yaşında öldürülən Sabrina Buienin üstündə olan DNT ilə hələ də bənzər cinayətdən həbsdə olan bir məhkumun DNT-sinin eyniləşdirildiyi təsbit edilib. 


Əsl günahkarın o tarixdə eyni bölgədə yaşayan və indi 74 yaşında olan Roskoe Artis olduğu ortaya çıxıb.


İki ögey qardaş günahsız olduqlarının başa düşülməsilə 30 il sonra sərbəst buraxılıb.