Nurgül Yeşilçay pavilyonda staj yığıb ! - ŞOK

3 Sentyabr 2014 17:23 (UTC+04:00)

Türkiyənin tanınmış aktrisası Nurgül Yeşilçay pavilyonda staj yığıb.Mövqe.az türk mediasına istinadən xəbər verir ki, yeni filmində bir konsomatris qadın (müştərini əyləndirmək üçün onun yanında əyləşən qadın) rolunu canlandıran Nurgül Yeşilçay rolunu daha yaxşı oynamaq üçün uzun müddət İzmirdəki pavilyonda izləyici olub.  


Tanınmış rejissor  Erden Kıralıın yeni filmi "Gece"nin çəkilişləri artıq tamamlanıb. Şərqdən qərbə köç edən bir ailənin dramı canlandırılan filmdə baş rolları Nurgül Yeşilçay ilə Mert Fırat oynayırlar. Beləliklə Yeşilçay, kürd əsilli konsomatrisi, Fırat isə onun bəlalı əri rolunu oynayır. Rejissor film ilə bağlı özəl açıqlama da verib. O bu rolu məhz Nurgül Yeşilçay üçün yazdığını qeyd edib: "Bu rolü Nurgülü düşünərək yazdım" .