Ərdoğan Fəxri xiyabanda - Foto

3 Sentyabr 2014 18:30 (UTC+04:00)
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.  Movqe.az AzerTac-a istinadən xəbər verir ki, oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub. Ali qonaq dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri düzüb.