Qaz ixracını dayandırdıq

3 Sentyabr 2014 21:43 (UTC+04:00)

Azərbaycan Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. 


Bu barədə ANS Press-əAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mətbuat katibi Nizaməddin Quliyev məlumat verib.


Onun sözlərinə görə, Rusiyaya qaz ixracı Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan sahəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırılıb.


N.Quliyev bildirib ki, qaz ixracı təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.