İrəvanda Putin əleyhinə aksiya (FOTO)

3 Sentyabr 2014 23:45 (UTC+04:00)
Ermənistanın paytaxtı İrəvanda aksiya başlayıb. 

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Ermənistanla Dağlıq Qarabağ aralarında gömrük postlarının qurulmasına etiraz edirlər. Aksiyanı "Salam İrəvan" hərəkatı təşkil edib. Aksiya iştirakçıları bildiriblər ki, indiki şəxslər hakimiyyətdə qalacağı təqdirdə Ermənistanın Rusiyadan asılılığı daha da artacaq. 

Aksiya iştirakçıları əllərində "No Putin, No Cry", "Go Home Putin, You are Drunk" yazısı yazılan plakatlar tutublar. Daha sonra aksiya iştirakçıları prezident iqamətgahına tərəf hərəkət ediblər.