Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyat müddəti uzadılır
13 İyul 2012 15:03 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin
magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin
uzadılması barədə qərar qəbul edib. Belə ki, 11 iyul 2012 –ci il tarixinədək magistraturaya qəbul
olanların yalnız 77 faizi qəbul olduqları ali təhsil müəssisəsində
qeydiyyatdan keçmişlər. TQDK bunu nəzərə alaraq qeydiyyat
müddətinin 13 iyul saat 17:00-dək uzadılması barədə qərar qəbul
edib.
Beləliklə, magistrasturaya qəbul olanlar tələb olunan
sənədləri qeyd olunan müdətədək qəbul olunduqları ali təhsil
müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan
keçməlidirlər.
TQDK ali təhsil müəssisələrinin rektorlarının
nəzərinə bir daha çatdırır ki, "Magistr" jurnalının 2012-ci il 4-cü
sayında qarşısında təhsilalma forması "Ə/Q" (əyani/qiyabi) kimi
göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul
olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları
ilə əyani və ya qiyabi təhsilalma formasını seçə
bilərlər.