İŞİD lideri öldürülüb - İDDİA

3 Sentyabr 2014 19:15 (UTC+04:00)

İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkir Bağdadinin öldürüldüyü iddia olunub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu iddia ilə İraq təhlükəsizlik qüvvələri çıxış edib.

İddiaya görə, 2 sentyabrda Amirli bölgəsində tutulan İŞİD üzvü bir nəfər bildirib ki, Əbu Bəkir Bağdadi öldürülüb və yerinə də Əbu Müslim Türkmən gətirilib.

İŞİD üzvü Əbu Səlma adlı şəxs Bağdadinin 3 həftə əvvəl ABŞ-ın hava zərbələri nəticəsində ağır yaralandığını deyib. O bildirib ki, müalicə üçün Suriyaya göndərilən Bağdadi orada da ölüb.

Əbu Səlma "Bağdadinin ölüm xəbəri yayılsaydı İŞİD içində qarışıqlıq yaranacaqdı. Bu səbəbdən dərhal onun yerinə Əbu Müslim Türkmən gətirilib" deyə söyləyib.