Mədət Quliyevin idarəsində müşavirə

3 Sentyabr 2014 19:15 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Penitensiar Xidmətin Baş idarəsində rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov rəhbərlik tərəfindən ona həvalə edilmiş sahələrin əməkdaşları ilə əməliyyat müşavirəsi keçirib. Müşavirə aidiyyəti xidmət sahələri üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub.