Ərdoğan getdi

3 Sentyabr 2014 19:30 (UTC+04:00)

Sentyabrın 3-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Movqe.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında  baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.