Öz ayaqqabını özün tik!

4 Sentyabr 2014 12:00 (UTC+04:00)

Bu tətbiq, "hər şey üçün bir proqram var" sözünü bir də sübut edir. Bu da ZX Flux adlı istifadəçilərin öz ayaqqabılarını hazırlayacaqları tətbiqdir. Adidas-ın yeni yayımladığı bir tətbiq idman ayaqqabılarını sevənləri çox həyəcanlandırdı.

Movqe.az xəbər verir ki,  iOS və Android versiyaları olan "mi ZX Flux" adlı tətbiq, istifadəçilərin öz ayaqqabı naxışlarını düzəltmələrinə  imkan verir. 



Daha sonra Adidas istifadəçinin hazırladığı ayaqqabı naxışını çıxararaq istifadəçiyə göndərir. Beləcə Adidas sevərlər öz hazırlamış olduğu xüsusi bir idman ayaqqabısı geyinməyin həzzini yaşayır. Əlbəttə tətbiq istifadəçiləri qurduqları ayaqqabıları sosial mediada da paylaşa bilir. 


Tətbiq hələlik bütün dünyanı əhatə etmir, yalnız bəzi Avropa ölkələrindəki istifadəçilər, öz qurduqları ayaqqabılarını geyinə şansına sahibdir.