Prezidentin keçmiş həyat yoldaşı danışdı

4 Sentyabr 2014 12:40 (UTC+04:00)

Fransa prezidenti Fransua Hollandenin qorxduğu hadisə başına gəlib. Keçmiş həyat yoldaşı onun haqqında kiitab yazaraq öz işlədiyi jurnalda bir hissəsini dərc etdirib. Movqe.az həmin məqaləni təqdim edir:

(Closer jurnalı Hollandenin aktrisa sevgilisi Culia Qayet ilə olan münasibətini yazdığı səhər): "Bu doğrudur? deyə qışqırdım. Birbaşa duşa qaçdım, yatmalıydım. Yuxu dərmanlarının olduğu plastik çantanı aldım. François arxamca gəldi. Çantanı əlimdən almağa çalışdı. Otağa qaçdım. Çantanı tutdu dərmanlar yatağın üzərinə, otağa dağıldı. Mən toplamağı bacardım. Yığa bildiyim dərmanların hamısını içdim. Yatmaq istəyirdim. Gələcək saatları yaşamaq istəmirdim. Müqavimət göstərməyə gücüm yox idi. Qaçmaq istəyirdim. Şüurumu itirdim 

 

"Gözəl  illərdən sonra, tutqunun ağla üstün gəldiyi illər başladı. Elyseeyə köçdükdən sonra François, siyasi hadisələr səbəbiylə çətin günlər keçirən, getdikcə daha çox məsləhətçiləri arxasına gizlənən biri oldu. Hələ kampaniya zamanı bu ağır atmosfer başlamışdı. Ən yaxın iş yoldaşlarından Stefan Le Folle (Hökumət spikeri və Kənd Təsərrüfatı naziri) 'Əgər François ilə bir axşam keçirmək istəyirsənsə məndən icazə alacaqsan" belə demişdi.Vanna otağımız belə yığıncaq otağına çevrilmişdi. Bir gün Klaude Serillonun otağımızdan keçib vanna otağına qədər girdiyini gördüm. Bu qədər əxlaqsız bir davranış qarşısında qəzəbləndim və onu qovdum "

 

"Mən zalda əyləşərkən, Segolene Royalın Françoislə birlikdə səhnəyə çıxmaları qarşısında şok oldum. Nəzarət edə bilmədiyim bir qısqanclıq...Mənim üçün fiziki olaraq onları səhnədə əl-ələ görmək qəbul edilə bilməz bir şey idi ... Mandelanın cənazə mərasimində Obama və Danimarka baş nazirinin selfie çəkdirdiyi vaxt Mişel Obamanın üzünü gördüm. Bənizi solmuşdu. Öz-özümə "mən yeganə qısqanc qadın deyiləm" deyərək sevindim. Bəli qısqancam ... mən qısqancam, bütün sevdiyim kişiləri qısqandım. "

 

Hollande itirməyi sevmir 

 "Ayrıldıqdan sonra François hər gün məni axtardı, mənə ehtiyacı olduğunu söylədi. Hər gecə birlikdə axşam yeməyi yeməyi təklif etdi. Ödəməsi lazım olan faktura nə olursa olsun, məni yenidən görmək istədiyini" söylədi. Orta hesabla hər gün cib telefonundan mesajlar atdı. Öz-özümə "inanmalıyammı dediklərinə? 'Yoxsa mən itirməyi sevməyən bir kişinin son kapriziyəm? "deyə düşündüm.