ŞOK-18 yaşlı qız itlə evləndirildi-(VİDEO)

4 Sentyabr 2014 13:55 (UTC+04:00)

Movqe.az istixəbər-ə istinadən xəbər verir ki, Manqli Mundaya olunan tilsimin qırılması üçün kənd böyükləri onu köpəklə evləndirməyi qərara alıblar. 70 nəfərlik toy məclisinə Şeru adlı it maşında gətirilib və qonaqlar tərəfindən salamlanıb.

Heç zaman məktəbdə oxumayan Manqli itlə izdivacından xoşbəxt olmasa da, bu toyun onun taleyini dəyişəcəyinə inanır. O deyir: "Kənd ağsaqqallarının dediyinə görə, itə ərə getsəm, tilsim itə keçəcək. Bundan sonra mənim ərə gedəcəyim kişi isə uzunömürlü olacaq".

Hindistanda kəndlərdə qızların itlə ailə qurması ilk dəfə deyil. Manqlinin kəndindən artıq bir neçə qız itlə evləndirilib. Sakinlərin inanclarına görə, tilsim qırıldıqdan sonra qız itdən boşanaraq hər hansı kişiyə ərə gedəcək. İtlə yaşadığı bir neçə ay müddətində isə Manqli ev heyvanının qeydinə qalmalıdır.