11 sentyabrda terror olacaq - ABŞ mənbələri
4 Sentyabr 2014 14:13 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ mənbələri bu il sentyabrın 11-də
(ABŞ-da 11 sentyabr 2001-ci il hadisələri - red.) yeni terror
aktlarının törədilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu barədə SalamNews "Sumarianews"a istinadla xəbər verib.
Xatırladaq ki, Liviyanın paytaxtı Tripolidə radikal islamçı
briqadaların (sabiq qiyamçılar) hava limanını ələ keçirmələrindən
sonra burada 11 təyyarə yoxa çıxıb.
Mərakeş hərbi ekspertləri oğurlanmış təyyarələrin hazırda sabiq
qiyamçıların nəzarətində olduğunu, eləcə də Şimali Afrika və
Səudiyyə Ərəbistanındakı neft quyularına hücumlar barədə dəqiq
məlumatların mövcudluğunu bildiriblər.
Qeyd edək ki, 11 sentyabr, həmçinin ABŞ-ın Liviyadakı
səfirliyinə edilən hücumun ildönümüdür. Həmin hücumda səfir daxil
olmaqla, beş amerikalı ölüb.