"ANS-ə heç vaxt qayıtmayacağam"--İlqar Mikayıloğlu

4 Sentyabr 2014 16:41 (UTC+04:00)

ANS televiziyasının prezidentinin ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədovun "İlqar Mikayıloğlu ərizəsini yazıb, özü işdən çıxıb.Yəqin özünə yağlı qapı tapıb, kim bilir" sözlərinə aparıcı İlqar Mikayıloğlu Mövqe.az vasitəsilə cavab verib: 


"Allah onun köməyi olsun. Yaşlı kişidir. Vallah yağlı qapı olduğunu da bilmirdim, ondan eşitdim. ANS-ə heç vaxt qayıtmayacağam. Başqa telekanalda da işləyib, işləməyəcəyim dəqiq deyil. Bu dəqiqə qolumun hayındayam".


Xatırladaq ki, aparıcı İ. Mikayıloğlunun sentyabrın 1-i ANS telekanlı ilə arasında bağladığı müqavilənin vaxtı tamamlanıb. Aparıcının özü dediyinə görə, işdən çıxmasına səbəb səhhətində yaranan problemlərdi.