Avtobus gözləyərkən uşaq doğdu

4 Sentyabr 2014 17:25 (UTC+04:00)

Almaniyanın Rostok şəhərində 28 yaşındakı Nadine Ohland, avtobus dayanacağında gözləyərkən üçüncü uşağını dünyaya gətirib. Dayanacaqda tək başına gözləyən qadını təsadüfən ərazidə olan polislər tapıb. 

 Movqe.Az xəbər verir ki, Alman televiziya kanalları ARD və ZDF; avtobus dayanacağında gözləyərkən doğum edən və təsadüfən orda olan polis qrupu tərəfindən görülən qadınla bağlı xəbəri ekrana gətirib. 

 Qadın üçün təcili olaraq  yardım istənilib. 

 Xəstəxanaya qaldırılan qadının dünyaya gətirdiyi 3 kilo 190 qram ağırlığındakı qız körpənin olduqca sağlam olduğu deyilir.