Ebola epidemiyası üçün təcili yığıncaq

4 Sentyabr 2014 18:25 (UTC+04:00)

Afrika Birliyi, Ebola virusuyla mübarizə strategiyalarını görüşmək üçün bazar ertəsi günü təcili yığıncaq edəcək. 


Movqe.Az xəbər verir ki, Afrika Birliyinin internet saytından edilən şərhdə, birliyin mərkəzi olan Efiopiyanın paytaxtı Əddis-Ababada ediləcək yığıncaqda uçuşların təxirə salınması, liman və sərhədlərin bağlanılması kimi tədbirlərə baxılması deyilir. 


Şərhdə, yığıncaqda Eboladan təsirlənən ölkələrin və vətəndaşlarının "damğalanması" mövzusunun da dəyərləndiriləcəyi qeyd edilib. 


Bəzi Afrika Birliyi üzvü ölkələrin, qitədəki Afrika ölkələrin bir hissəsinin sərhədləri bağlaması və uçuşları təxirə salmasından narahatlıq hiss etməsinə diqqəti çəkən təşkilat, alınan bu tədbirlərin yalnız Ebolanın yol açdığı çətinlikləri artırdığını da vurğulayıb. 


Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Ebola Afrikada 1900-dən çox can alıb. 


Virusdan Liberiya, Sierra Leone, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Senegal təsirlənib.