Azərbaycanda yol qəzasında 609 nəfər ölüb

5 Sentyabr 2014 11:30 (UTC+04:00)
Sentyabr ayı başlayandan təkcə respublika yollarında baş verən qəzalarda 10 nəfər dünyasını dəyişib. Ən dəhşətli qəza Sabunçu rayonu Zabrat - Maştağa yolunda baş verib. "VAZ 2106" və "Mercedes" markalı maşınların toqquşması zamanı "VAZ 2106"da olan 6 nəfərin altısı da hadisə yerindəcə keçinib. Ağır yol qəzasına səbəb "VAZ 2106"nın əks yolla gələn "Mercedes"in qarşısına çıxması olub.
Xüsusilə şər vaxtı baş verən qəzalara səbəb sadəcə dönmə, ötmə əməliyyatlırının düzgün aparılması və s. deyil, həm də yüksək sürətdir. Respublika Baş Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə təkcə bu ilin 7 ayında respublikanın avtomobil yollarında 1 448 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 609 nəfər həlak olub, 1 483 nəfər yaralanıb. Sürət həddinin aşılması 211 nəfərin həyatına son qoyub.

Həmişə olduğu kimi bu dəfə də ümumi qəzalırın böyük faizini piyadaların vurulması təşkil edir. Paytaxtın Nizami rayonunda qeydə alınan yol nəqliyyat hadisəsində 46 yaşlı piyada Yura Məmmədov diqqətsizliyin qurbanı olub. O yolu keçərkən "Mercedes" markalı avtomobilin zərbəsinə tuş gəlib və aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

İl tam başa çatmasa da avtobus sürücülərinin iştirakı ilə baş verən qəzalar da say etibarı ilə az deyil. Hələ yük avtomobillərinin törətdiyi bədbəxt hadisələri demirik. Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhpəri Kamran Əliyev sürücəlri idarə etdikləri nəqliyyat növündən asılı olmayraq diqqətli olmağa çağırır.

Diqqəti Hər birimiz əldən verməməliyik.Çünki hər an piyada,sürücü qismində yolun hərəkət zolağında ola bilərik.