Bu ilin avqust ayı ərzində əhali ilə nağd pul
hesablaşmalarının aparılması qaydalarına riayət olunması,
nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota
durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması üzrə
vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4611 vergi
ödəyicisində qanunvericiliyin pozulması faktı aşkarlanıb.
Movqe.az-aVergilər Nazirliyindən verilən məlumata görə, 720 vergi
ödəyicisində qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi
kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət
müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya
dəyişdirildiyi, 194 vergi ödəyicisinin vergi orqanlarında uçota
durmadan fəaliyyət göstərdiyi, 579 vergi ödəyicisinin xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq
almadan məşğul olduğu müəyyən edilib. Üç vergi ödəyicisinin 56
fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 175 vergi
ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə
sərnişin daşıdığı, 30 vergi ödəyicisində aksiz markaları ilə
markalanmayan mallar olduğu aşkarlanıb.
Nöqsanlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.