Bakıda "BMW" yanıb

5 Sentyabr 2014 11:17 (UTC+04:00)
Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobildə baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.