Bu günün hava proqnozu
5 Sentyabr 2014 11:30 (UTC+04:00)
Bu gün Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı
gözlənilir.Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-23 m/s,
yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək.Havanın
temperaturu gecə 22-25° isti, gündüz 26-31° isti, Bakıda gecə
23-25° isti, gündüz 29-31° isti olacağı gözlənilir.Atmosfer təzyiqi
756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.Nisbi
rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.Abşeron
çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27°
isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən,
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir.Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20
m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti olacağı
gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, gecə və axşam şimşək
çaxacağı, yağış yağacağı gözlənilir.Qərb küləyi 5-10 m/s, ayrı-ayrı
yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.Havanın temperaturu gecə
12-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək
güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında, əsasən, gecə və axşam şimşək çaxacağı, yağış
yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək
güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən,
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək
güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək
güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, dağlarda
gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 5-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi
nəticəsində temperaturun nisbətən enməsi meteohəssas insanlar üçün
müsbət amildir.
Sentyabrın 6-7-də iqlim normasına yaxın temperatur rejimi
meteohəssas insanlar üçün əsasən əlverişlidir.