HTC-dən selfie telefonu: HTC Desire 820 - FOTO

5 Sentyabr 2014 11:44 (UTC+04:00)

HTC-in IFA 2014-cü ildə tanıtdığı yeni telefonu, xüsusilə selfie maraqlılarını çox sevindirəcək. 

IFA göstərilən Desire 820, 5.5 düymlük, plastik əsaslı telefondur. Desire 816-ın 5MP-lik ön kamerası, yeni telefonda 8MP-ə yüksəldilib. Yəni dəqiq və ətraflı selfie-lərçəkmək istəyirsinizsə, Desire 820 sizə uyğun ola bilər. 


Movqe.Az xəbər verir ki, Desire 820-in arxa üzündə isə f / 2.2 diafraqma aralığına sahib 13MP BSI kamera sensoru var. Cihaz, HTC-in fotoşəkil inkişaf funksiyalarını da üzərində saxlayır. Yəni Live Makeup, Photo Booth və Zoe Hightlights kimi funksiyalar, Desire 820-yə daxil edilib. 


BoomSound səs texnologiyasına da sahib olan 820, 64-bit Snapdragon 615 prosessorla gəlir və 4G LTE Cat 4 əlaqəsini dəstəkləyir. 

Desire 820, bu ayın sonunda bütün dünyada satışa çıxarılacaq.