Azərbaycan XİN-i məlumatı araşdırır

13 İyul 2012 16:38 (UTC+04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. 
"Biz bu məsələni araşdırırıq. Rəsmi cavab alan kimi bu barədə məlumat verəcəyik. Ola bilsin ki, bu yalnız texniki səhvdir". 
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Tanzaniya Xarici İşlər Nazirliyi səfər etmək üçün viza alınmalı olan ölkələrin siyahısına Dağlıq Qarabağın da adını daxil edib. Vizanın qiyməti 50 dollardır.