İstirahət mərkəzində fahişəxana

5 Sentyabr 2014 17:10 (UTC+04:00)
Ağsu şəhər sakini Nazim Dursunalıyevin işlədiyi istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Movqe.az DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağsu şəhər sakini Nazim Dursunalıyevin İsmayıllı rayonunun Bizlan kəndi ərazisində olan "Nazimoğlu" istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.