Cennifer Lopezdən erotik klip - VİDEO - FOTOLAR

5 Sentyabr 2014 17:52 (UTC+04:00)

Məşhur müğənni Cennifer Lopez bu dəfə bəzi pərəstişkarlarının qəzəbinə tuş gəlib. Mövqe.az xarici mətbuata istinadən bildiri ki, 45 yaşlı Lopezin gənc həmkarı 23 yaşlı Iggy Azalea ilə birlikdə səsləndirdiyi "Booty" adlı mahnısının remiksi üçün çəkdirdiyi klipi maraqla qarşılansa da, tənqid atəşinə də tutulub. Lopez daha əvvəl bu mahnını Pitbull ilə birlikdə səsləndirib. Mahnı, Lopezin "AKA" adlı albomunun ilk singledır. 


Ancaq görünür ki, Lopez Pitbull ilə səsləndirdiyi versiyanın satışlarından məmnun qalmayınca, bu dəfə şansını bir də Iggy Azalea ilə sınamaq istəyib.