2012-ci ilin birinci yarısının yekunları Səbail rayonunda müzakirə olunmuşdur

13 İyul 2012 18:38 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2012-ciilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

İclasda geniş məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 %,  qeyri-neft sektoru 11,3 % artmış, inflyasiya cəmi 2,2 %, əhalinin pul gəlirləri təxminən 14,2 % olmuşdur. Kənd  təsərrüfatı 10,4 %,  qeyri-neft sənayesi isə 8,3 % artmışdır. Ölkənin strateci valyuta ehtiyatları artaraq 44 milyard dollar təşkil  edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov    bildirmişdir ki, 2012-ci ilin altıayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara   12.709,9  milyon manatlıq  sənaye məhsulu istehsal edilmişdir.  Nəqliyyat müəssisələri tərəfindən   310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 17,2 % çox rabitə xidmətləri göstərilmişdir.

Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 1.420,0 milyon manat olmuşdur ki,   bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 %  artmışdır.      

İlin əvvəlindən əhaliyə 33,6 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 13,8 % çoxdur.  

Səbail rayonunda çalışan işçilərin sayı  98793 nəfər, orta aylıq əmək haqqının məbləği isə 938.2  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  4.0 % çoxdur.

2012-ci ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 729 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir.   Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin iyul ayının 1-dək rayonda 6239 daimi iş yeri açılmışdır.

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin ikinsi rübü ərzində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində "CW Mariott Abşeron" otelinin, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun, "Hilton-Baku" otelinin qarşısındakı parkın, Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin, "Baku Kristall Hall"ın,  Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin, Azneft döngəsində, Mikayıl Useynov kuçəsində inşa olunmuş yeraltı piyada keçidinin, Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanın ərazinin, Səadət sarayının və Badamdar qəsəbəsində Heydər Əliyev parkının açılış   mərasimləri keçirilmişdir.

Ha­zır­da   rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin,   "Four Seasons" mehmanxanasının, "İş Adamları Mərkəzi"nin,   MTN-nin yeni Hospitalının və  Oksford məktəbi üçün yeni tədris korpusunun,  İncəsənət Muzeyi üçün əlavə keçid korpusunun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların tikintisi aparılır. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. Artıq  "Yeni Bayıl" və "Bayraq Meydanı"  yarımstansiyaları istifadəyə verilmişdir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir.

20-ci yaşayış sahəsində "Bibiheybət" stadionu  əsaslı şəkildə yenidən qurulur,   Dövlət Filarmoniyasının binasındakı təmir başa çatmış, Dövlət Musiqili Komediya Teatrının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  146  mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi və təmiri davam etdirilir. Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri,  Səbail rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.

May ayında Bakı şəhərində ilk dəfə olaraq  42 ölkənin təmsilçiləri və  çoxsaylı qonaqların iştirakı ilə "Avroviziya-2012" mahnı müsabiqəsi keçirilmişdir. Dövlət rəhbərliyinin daimi diqqət mərkəzində olan bu müsabiqə çox böyk müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmış və  bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında bir vasitə olmuşdur. Şəhərin mərkəzi rayonu olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin keçirilməsi dövründə xüsusi iş recimində çalışmış, həmin müddət ərzində ərazinin təmizliyi və sanitariya qaydalarına riayət olunması ciddi nəzarətdə saxlanılmışdır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası böyük sürətlə davam etdirilmişdir. Artıq Proqramda Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş bir çox bəndlər həyata keçirilmiş, digərlərinin icrası ilə bağlı işlər aparılır.

    Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür.

Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanmış, artıq burada xeyli iş görülmüşdür. Məktəb və uşaq bağçasının açılışı cari ilin sentyabr ayında olacaqdır.

Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı "İntellekt" liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi  aparılmış və   bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır.

Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı  6 ай ярзиндя районда 28.000 кв.м. республика, 49.500 кв.м. йерли  ящямиййятли йоллара асфалт чякилмишдир.

olan əlavə korpusun,   həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi  işləri başa çatmaq üzrədir. Eyni zamanda 49, 50 və 203 saylı orta məktəblərdə, 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə, Bibiheybət Mədəniyyət evində əsaslı-təmir işləri aparılır. "Könül" körpələr evindəki əsaslı təmir başa çatmaq üzrədir.

Bu ilin yanvar ayında Səbail rayon İcra Hakimiyyətinin həyətində də abadlıq aparılmış, həyətə 700 kv. metr sahədə dekorativ plitə döşənmiş, divarlar və darvaza rənglənmiş, binanın qarşısında yeni güllər əkilmişdir. "Abad həyət" layihəsi əasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 ünvandakı həyət əsaslı təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. 6 ay ərzində rayondakı  respublika və yerli  əhəmiyyətli yollara 147.500 kv.m. asfalt çəkilmişdir.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  11 binanın dam  örtüyündə   təmir işləri aparılmış,   su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş,   rəngləmə işləri görülmüşdür.

Səbail rayonunun   Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

2012-ci ilin ilk 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 424 ailə (1744 ailə üzvü)   müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq  orta hesabla hər bir ailəyə 116,39 manat sosial yardım təyin olunmuşdur.

Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13125 nəfər təqaüdçülərə ilin 6 ayı ərzində   16.729.842,8 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 6 ay  ərzində 473 nəfər  daimi işlə təmin olunmuşdur,  "Ərazi Məşğulluq Proqramı"na əsasən cari ilin birinci yarısı ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə "İngilis dili", 24 nəfər üçün "Ofisiant", 12 nəfər üçün "Katibə-referent"  kursları   açılmışdır.

Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə   görüş  keçirilmiş, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur.

2 Fevral – Azərbaycan Gəncləri günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Səbailli 2 gəncə toy mərasimi keçirilmiş,   8 Mart Beynəlxalq Qadınlar günü təntənəli qeyd olunmuş, Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri çərçivəsində Almaniyalı ictimai xadim Rolf Kunşun ilk dəfə olaraq alman dilində yazdığı "Xocalı" kitabının təqdimat mərasimi keçirilmiş, rayonda məskunlaşmış Xocalıdan və Şuşa şəhərindən köçkün düşmüş  ailələrin üzvləri, Çernobılçılarla, II Dünya Müharibəsi veteranları ilə görüşlər keçirilərək onlara yardımlar təqdim olunmuşdur.

Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə  də görüşlər və konsertlər təşkil etmişlər. 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Sinema-klub"da "Xoca" filminə ictimai baxış keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi "Gül Bayramı" təşkil olunmuş, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. İyun ayında Azərbaycan Dövlət İqtisad Uniyersitetində rayondakı aztəminatlı ailələrdən olan 100 nəfər uşağq üçün pulsuz xarici dil və kompyuter kursları təşkil olunmuşdur.

Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilmiş,  bayramla əlaqədar  rayondakı  aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 6 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 7320 olmuşdur.

Toplantıda Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, Badamdar qəsəbə  nümayəndəsi Natiq Bağırov çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.