Yeni günəş panelləri smartfonu enerji generatoruna çevirir

6 Sentyabr 2014 08:04 (UTC+04:00)

Bu günlərdə Miçiqan Dövlət Universitetindən olan tədqiqatçılar qrupu istənilən şəffaf səthə - şüşə paket və ya smartfonun ekranına inteqrasiya oluna bilən yeni tam şəffaf konsentrator təqdim edib. Konsentrator baxışa mane olmadan günəş enerjisini toplayacaq. Yeni texnologiya kiçik üzvi molekulların insan gözü üçün görünməz olan günəş işığının müəyyən dalğalarını uda bilmək qabiliyyətinə malikdir.

Tədqiqatçılar bu molekulları yalnız ultrabənövşəyi və yaxın infraqırmızı spektr dalğalarının udulması və sonra infraqırmızı spektrin başqa dalğa uzunluğunda "şüalanması" üçün tənzimləyə biliblər.

Udulmuş işıq dalğaları xüsusi "tələyə" düşür və fotoelementləri elektrik enerjisinə çevirən plastik günəş konsentratorunun kənarlarına istiqamətlənir. Tədqiqatçıların sözlərinə görə, bu, günəş enerjisinin toplanması və dəyişilməsi üzrə ənənəvi metodlarla müqayisədə ən üstün texnologiyalardan biridir.

Yeni günəş konsentratorları günəşin vəziyyətini izləmədən böyük sahədən günəş şüaları tuta bilir. Bundan başqa, bu mexanizmlər hazırlanma materiallarının baha olmaması səbəbindən özünün silisium analoqlarından çox ucuzdur. Miçiqan Universiteti tədqiqatçıları tərəfindən hazırlanan yeni günəş konsentratorlarının yeganə çatışmaz cəhəti onun az- cəmi 1 faiz dəyişilmə effektinə malik olmasıdır. Bu isə, az qala, ənənəvi günəş panellərindəki analoji göstəricidən 25 dəfə azdır. Doğrudur, tədqiqatçıların özləri də bunun üçün daha yüksək faiz əldə etməyə çalışmırlar, onların fikrincə, 5 faizdən yuxarı dəyişilmənin effektivliyi - hətta cihazların optimallaşmasından sonra da son hədd ola bilər.