Nazirə bıçaqlı məktub göndərildi

6 Sentyabr 2014 10:00 (UTC+04:00)
Cənubi Koreyanın müdafiə nazirinə içərisində bıçaq olan məktub göndərilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Cənubi Koreyanın müdafiə naziri Han Min Kuya bıçaqlı məktub göndərilməsi ilə bağlı ölkənin polis və ordu səlahiyyətliləri araşdırma başladıblar.

Məsələ ilə əlaqədar olaraq açıqlama verən nazirliyin sözçüsü, əsas bu məktubun Şimali Koreya tərəfindən göndərilə biləcəyi ehtimalı üzərində dayandıqlarını bildirib. Əgər belə olacağı halda, onların bu məsələyə sərt reaksiya verəcəkləri də gizlədilməyib.

Qeyd edək ki, nazirliyin verdiyi açıqlamada, məktubun içərisində göndərilən bıçağın üzərində qırmızı hərflərlə bir tərəfində nazirin adı "Han Min Ku", digər tərəfinə siə "edam" sözü yazılıb.

Faktla bağlı aparılan araşdırmalar davam edir.