Türkiyədə təhlükə sovuşdu

6 Sentyabr 2014 11:01 (UTC+04:00)
Türkiyənin hatay vilayətində Ebola olduğu şübhə edilən şəxs barəsinda narahatlıq ortadan qalxıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , adı hələ açıqlanmayan Hatay vilayəti Kırıkhan rayonunun sakini yüksək temperatur şikayəti ilə gecə saatlarında xəstəxanaya gedib. Burada Ebola təhlükəsindən ehtiyatlanaraq onu İskenderundakı dövlət xəstəxanasına çatdırıblar.

Xəstəxanada karantinə götürülən həmin şəxsin aparılan müayinələrdən sonra Ebola olmadığı, sadəcə temperaturunun yüksəldiyi məlum olub.

Vətəndaşa tibbi yardım göstərilib evə getməsinə icazə verilib.

Qeyd edək ki, gecə ərzində yayılan xəbərlərdə Afrikada miqrant olan şəxsiyyəti naməlum şəxsdə Ebola virusunun izlərinə rast gəldiyi deyilirdi.