Polisləri döydülər

6 Sentyabr 2014 15:03 (UTC+04:00)
Türkiyədə polislə cinayətkar qrup arasında qarşıdurma yaşanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Türkiyənin Siirt vilayətində haqqında saxlanılma qərarı verilən cinayətkarın dostları daş və dəyənəklərlə polisə hücum ediblər. Yaranan qarşıdurma zamanı 1-i ağır olmaqla, 5 polis nəfəri yaralanıb.

Məhkəmə tərəfindən barəsində 30 il həbs qərarı çıxarılmış Rəsul O.-nu yaxalamaq üçün gələn polislər gözlənilmədən onun dostlarının kütləvi hücumuna məruz qalıblar.

Baş verən hadisələrdən sonra Rəsul O. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Siirt "E" tipli həbsxanasına göndərilib.

Hücumçuların yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam edir.