Gürcüstan istədiyinə nail olur
6 Sentyabr 2014 16:00 (UTC+04:00)
Şimali Atlantik Alyansı Gürcüstanla hərbi əməkdaşlığın
gücləndirilməsinə aid yeni paketi qəbul edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , qəbul edilən paket
ölkənin NATO-ya üzvülüyünə daha bir addım yaxınlıaşdıracaq.
Qeyd edək ki, daha öncə Gürcüstan Müdafiə naziri İrakliy Alasaniya
xəbər vermişdi ki, Şimali Atlantik Alyansı ölkəyə müdafiə yünündə
silahla təchiz etməyə hazırıdır. Onun fikrincə bu gün Gürcüstan
NATO ilə əməkdaşlığın yeni etapına keçid edib və Alyansa üzv olmaq
hazırlıqlarına başlanılıb.
NATO baş katibi Anders Foq Rasmussen nəzərə çatdırıb ki, təqdim
olunan paket Gürcüstanda hərbi təlimlər mərkəzinin yaradılması və
Tiflisdə NATO Əlaqələr İdarəsinin genişləndirilməsi aparmağı özündə
birləşdirir.