Xərçəng xəstəliyini müyyən edib və məhv edəcək vaksin yaradıldı
9 Aprel 2012 17:25 (UTC+04:00)
Britaniyalı alimlər
tərəfindən insan orqanizmində xərçəngi müəyyən edib və müalicə edə
biləcək "İmmiçin"adlı vaksin yaradılıb.
Alimlərin sözlərinə
görə bu vaksin immun sistemini gücləndirib, xərçəng xəstəliyi ilə
mübarizədə kömək edir. Xərçəng hüceyrələri adətən immun sistemi
tərəfindən təhlükəli sayılmır.
Bu vaksinin
yaradıcıları hesab edirlər ki, vaksin çikik şişlər və döş xərçəngi
kimi xəstəliklərlə mübarizə aparmağa kömək edəcək. Qeyd edək ki, bu
vaksinlər immunitetdə heç bir reaksiya yaratmır.
Bu vaksini istifadə
etməyə hələki 10 könüllü şəxs razılaşıb. Onlardan üçü tam
sağalıblar, digərlərinin isə xərçəngə qarşı immuniteti
güclənib.
Qeyd edək ki,
bu vaksin satışa altı ildən sonra çıxacaq.
Türkan
Nadirqızı