İran koalisiya təyyarəsini yerə endirdi

6 Sentyabr 2014 17:11 (UTC+04:00)
İranin cənubunda koalisiya qüvvələrinə aid təyyarə təcili eniş etməli olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , idarə heyəti Əfqanıstandakı "Baqram" hərbi hava bazasından Dubaya doğru uçuş edib. Lakin iranlı dispetçerlər təyyarəni geri döndərməyi tələb ediblər.

Geri qayıtmaq üçün yanacaq çatışmazlığından pilotlar İrana aid hava limanında təyyarəni endirməli olublar.

Qeyd edək ki, təyyarənin göyərtəsində 100 amerikalı və bir kanadalı var. Onların uçuşu yenidən təşkil olunacaq.