Senata Türkiyə çağırışı
6 Sentyabr 2014 16:14 (UTC+04:00)
ABŞ Dövlət Departamentinin sözçüsü Mariya Harf Senata müraciət
edib. Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, sözçü
Amerikanın Ankara səfiri olması üçün namizədliyi irəli sürülən Con
Bass və digər səfirlərin təyinatlarının təsdiqlənməsi üçün çağırış
ünvanlayıb.
"Türkiyə kimi ölkələrdə səfirə çox ehtiyacımız var. Çünki yüksək
səviyyədə təmsil olunmaq çox əhəmiyyətlidir. Senatı, mümkün olan ən
qısa vaxt ərzində Con Bassın namizədliyini dəstəkləməyə
səsləyirəm".
Məlumata görə, ABŞ Dövlət Departamentinin müxtəlif mövqelərdə
namizəd göstərdiyi, amma vəzifələrinin icrasına rəsmən başlamaq
üçün senatda təsdiq olunmağı gözləyən 65 diplomat var. Aralarında
ən çoxu 2.5 il olmaqla, bir ildən artıq müddətdir tədiq gözləyən 65
diplomatdan 22 nəfəri heç Senatın Xarici Əlaqələr komitəsi
tərəfindən də təsdiqlənməyib.
Qeyd edək ki, vəzifələrinin icrasına rəsmən başlamaq üçün
səfirlərin namizədlikləri əvvəl Xarici Əlaqələr komitəsində, daha
sonra Senatın plenar iclasında təsdiq olunmalıdır.