Cəbhə xəttində gərginlik

6 Sentyabr 2014 18:10 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.