Rusiya NATO-nu hədələdi
6 Sentyabr 2014 21:01 (UTC+04:00)
Rusiya Xarici İşlər Nazirliyi Britaniyada keçirilən NATO sammitində
çıxarılan qərarlara sərt reaksiya verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Rusiya XİN-in
verilən açıqlamasında bildirilir ki, sammitdə çıxarılan qərarlar
NATO-nun, ABŞ və bir-neçə Avropa ölkəsinin diqtə etdiyi siyasəti
yürütdüyünü göstərir.
Rəsmi Moskva hesab edir ki, NATO-nun, ABŞ və Sülh Naminə
Tərəfdaşlıq ölkələrinin Ukrayna məsələsində tutduğu mövqe bölgədəki
gərginliyi artıracaq:
"Ukrayna mövzusunda çıxarılan qərarlar və verilən açıqlamaların
tonu və xüsusiyyəti NATO-ya üzv ölkələrin Kiyevlə Ukrayna
torpaqlarında bu ilin sonuna qədər ortaq hərbi manevr etmə
planlarıyla birləşincə gərginliyin artmasının qaçılmaz olduğu
görünür. Bu addımlar, Ukraynadakı sülh prosesini təhlükəyə atacağı
kimi, cəmiyyətdə də bölünmə meyllərini qızışdıracaq".
Rusiya XİN-i NATO sammitində çıxarılan qərarların detallı şəkildə
təhlil olunacağını bildirib.