Şəki sakini yandı

7 Sentyabr 2014 13:08 (UTC+04:00)
Şəkinin Qoxmuq kəndində bədbəxt hadisə baş verib.

Movqe.az Milli.Az - a istinadən bildirir ki, kənd sakini, 1983-cü il təvəllüdlüMəcidov Tural Vahid oğlurəngsazlıqla məşğul olarkən elektirik lampası partlayıb və yanğın baş verib. Ağır xəsarət alan Tural Məcidov təcili olaraq Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun bədəninin 60%-i yanıb. Xəstənin vəziyyəti ağırdır. Tural Məcidov müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilib.