Tikdirdiyi tuneldə maşınını su basdı
7 Sentyabr 2014 14:12 (UTC+04:00)
Türkiyədə ötən gün axşam saatlarında yağan gözlənilməz yağış
bölgələrdə vəziyyəti çətinləşdirib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki , paytaxt
Ankarada, İstanbulun bir sıra səmtlərində fəsadlara səbəb olan
yağış və sel suları Karabük vilayətindən də yan keçməyib.
Yağışın axşam saatlarında intensivləşməsi yollarda avtomobillərin
hərəkətini dayandırıb, sürücülər avtomobillərin içərisində yağışın
dayanmasını, suların çəkilməsini və hərəkətin bərpa olunmasını
gözləyiblər.
Karabükdə Atatürk bulvarı ilə Zonquldağ prospektini birləşdirən
avtomobil tunelini də su basıb. Burada da avtomobillərdə sürücü və
sərnişinlər çarəsiz vəziyyətdə gözləməli olublar. Onların içində
MHP-li bələdiyyə sədriRafət Vergilinin də
avtomobili olub. O, sürücüsü ilə birlikdə 15 dəqiqə avtomobilinin
bələdiyyəyə məxsus ağır texnikalarla dartılaraq çıxarılmasını
gözləyib.
Qeyd edək ki, sözügedən tunel məhz həmin bələdiyyə sədrinin
göstərişi ilə tikilib.