“İranın nüvə silahı əldə etməsinə mane olduq”

13 İyul 2012 19:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərə Xarici Kəşfiyyat Xidməti (MI6) prezidenti cənab Con Savers ictimai xidmətlə bağlı bir yığıncaqda İngilis agentlərinin İranın nüvə silahı istehsalını 2008-ci ildən bəri qarşısını aldığını qeyd edib. Lakin M16 Prezidenti İranın nüvə silahı əldə etməsilə bağlı niyyətini 2014-ci ilə kimi həyata keçirəcəyini və bunun da ABŞ və İsrailin bu ölkəyə hücum ehtimalını artırdığını iddia edib.